Fransız qadını öldürərək əmlakını ələ keçirən erməni Mərakeşdə tutulub - FOTO

Fransız qadını öldürərək əmlakını ələ keçirən erməni Mərakeşdə tutulub - FOTO

16 Aprel 2015 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qətl törətdiyinə görə İnterpol vasitəsilə axtarışda olan erməni Mərakeşdə tutulub. Apa -nın news.am saytına istinadən verdiyi məlumata görə, tutulan 48 yaşlı Gevork X. Fransa vətəndaşı olan 78 yaşlı qadını öldürməkdə günahlandırılır.

Qətl hadisəsi 2011-ci ildə Ermənistanda törədilib. Monik Harley adlı fransız qadın ölkəsindən Ermənistana gələndən bir müddət sonra öldürülüb. İstintaqla məlum olub ki, Gevork X. qətli törədəndən sonra qadının bank kartlarını oğurlayıb. 2012-ci ilin yanvarında isə Mərakeşə gedərək Monik Harleyin oradakı evində yaşamağa başlayıb.

İnterpolla axtarışa verilən Gevork X. Mərakeşdə tutularaq, Ermənistana gətirilib.

Mediainfo.az