
XİN yaxınlığında silahlı insident
Tiflisdə Gürcüstan Xarici İşlər Nazirliyi binasının yaxınlığında silahlı insident baş verib. Apa-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan kişi odlu silahdan havaya atəş açıb.
Səhər saatlarında baş vermiş hadisə nəticəsində zərərçəkən olmayıb. Atəş açan şəxs isə artıq saxlanılıb.
Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin yaşadığı mənzil hadisə baş verən yerdən 100 metr aralıda yerləşir.
Mediainfo.az
Digər xəbərlər