Bir ailənin 3 üzvünü güllələdi

Bir ailənin 3 üzvünü güllələdi

15 Aprel 2015 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda bir ailənin 3 üzvünü güllələyən şəxs tutulub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, aprelin 14-də Salyan rayonunun Yenikənd kəndində kənd sakini Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan "TOZ-8" markalı tüfəng götürülüb.

Mediainfo.az