"Qrand" marketdən oğurluq edən şəxs yaxalanıb

"Qrand" marketdən oğurluq edən şəxs yaxalanıb

15 Aprel 2015 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 13-də saat 18:10 radələrində M. Qaşqay küçəsi, ev 28 ünvanında yerləşən "Qrand" market mağazasından "həyəcan" siqnalı daxil olub. Məlumat yoxlanılarkən obyektdən geyim əşyaları oğurlamış paytaxt sakini 1988-ci il təvəllüdlü Mikayılov Şahin Hüseyn oğlu saxlanılıb və sonrakı araşdırmalar aparılması üçün Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilb. Faktla bağlı Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılır.

Mediainfo.az