3 yaşlı uşaq körpə qardaşını güllələdi

3 yaşlı uşaq körpə qardaşını güllələdi

13 Aprel 2015 15:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ohaya ştatının Klivlend şəhərində dəhşətli olay baş verib.

Lenta.ru xəbər verir ki, evdə tək olduğu ehtimal edilən 3 yaşlı uşaq yataq otağında gizlədilən tapançanı taparaq, 1 yaşlı qardaşını güllələyib. Hadisədən sonra xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər azyaşlının başından vurulduğunu açıqlayıblar.

Faktla bağlı araşdırmalara başlayan polis 3 yaşlı uşağın silahı necə tapdığını və evdə valideynlərin olub-olmadığını araşdırır.

Qonşuların sözlərinə görə, bu evdə ana və 3 uşağı qalıb. Hadisənin təfərrüatları açıqlanmır.

Mediainfo.az