Qoca kişi bacısı qızını iş yerində bıçaqlayaraq öldürüb

Qoca kişi bacısı qızını iş yerində bıçaqlayaraq öldürüb

10 Aprel 2015 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində qətl hadisəsi törədilib. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 10-da saat 13 radələrində qeydə alınıb.

Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında işləyən, 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədova iş yerində dayısı, 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Mediainfo.az