Abşeronda "Seyid" ləqəbli kriminal avtoritet saxlanıldı - (Foto)

Abşeronda "Seyid" ləqəbli kriminal avtoritet saxlanıldı - (Foto)

9 Aprel 2015 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda üzərində narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

Abşeron Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, 54 yaşlı Neftçala rayonunda anadan olan, Saray qəsəbə sakini Bədirov Mirsədir Bədir oğlu tutulub. Onun üzərinə baxış keçirən polislər 40 qramdan artıq narkotik vasitə olan tiryək aşkar edərək götürüblər.

M.Bədirov narkotik maddələri Corat qəsəbəsindən tanımadığı şəxsdən 400 manata aldığını bildirib. İfadəsi zamanı saxlanılan şəxs narkotik vasitələri bədənində olan ağrıları azaltmaqdan ötrü şəxsi istifadəsi üçün əldə etdiyini deyib. M.Bədirov barəsində Abşeron RPİ-də cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Bədirov əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi, quldurluq, soyğunçuluq və bu kimi başqa ağır cinayətlər etdiyi üçün dəfələrlə məhkumluq həyatı yaşayıb. Kriminal aləmə meyilli şəxs olan M.Bədirov "Seyid" ləqəbi ilə tanınıb.

Mediainfo.az