"Araz" marketə sozulmaq istəyən şəxs yaxalanıb

"Araz" marketə sozulmaq istəyən şəxs yaxalanıb

9 Aprel 2015 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 8-də saat 06:09 radələrində, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun N.Tusi küçəsində yerləşən "Araz" market mağazasından daxil olmuş "həyəcan" siqnalını yoxlayıb. Bu zaman məlum olub ki, naməlum şəxs obyektin yan qapısına müdaxilə etməklə oğurluğa cəhd edir. Hələlik şəxsiyyəti müəyyən edilməyən həmin şəxs obyektin daxilində saxlanılıb və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib. Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.

Mediainfo.az