Göyçayda boru oğruları tutuldu

Göyçayda boru oğruları tutuldu

8 Aprel 2015 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda qaz borusunu oğurlayan iki nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari il yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddət ərzində Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.

Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılıblar.

Mediainfo.az