Borclu müştəri bank müdirini öldürdü

Borclu müştəri bank müdirini öldürdü

8 Aprel 2015 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Rostov şəhərində fəaliyyət göstərən "Stella-bank"ın direktoru Denis Burıgin kabinetində öldürülüb. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, o, başından güllələnib. Direktoru banka borcu olan biznesmen qətlə yetirib. O, qəbula girib, cinayəti törətdikdən sonra özü də intihar edib. Bankın saytında verilən məlumatda da qətlin borclu şəxs tərəfindən həyata keçirildiyi təsdiqlənib. Denis Burıginin 44 yaşı olub. O 2000-ci ildən "Stella-bank"ın rəhbəridir. Mütəxəssis kimi isə o, 1995-ci ildən bankda çalışır. Bankın sahibi Konstantin Averin də hadisə vaxtı binada, 4-cü mərtəbədəki iş otağında olub. Qətl isə 9-cu mərtəbədə törədilib. Konstantin Averin bildirib ki, qətli törədən şəxs uzun müddətdir bankın müştərisi olub. O, altı il əvvəl girov qoyaraq 230 min dollar həcmində kredit götürüb. Daha sonra onun işləri düz getməyib və o, müflis olub. "Bank ona bir neçə dəfə kömək edib, onun müqavilə vaxtları uzadılıb. "O, şəhərdə restoran biznesi ilə məşğul idi. Faizləri vaxtlı-vaxtında ödəmədiyi üçün iş məhkəməyə getdi, bank bütün instansiyaları uddu". Qətli törədən şəxsin bir müddətdir Rusiyada olmadığı da iddia edilir.

Mediainfo.az