
Qatilə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Elnur Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə E. Tahirov 12 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 9-da Rəşad Əliyev və Səyavuş Orucov yaralı vəziyyətdə xəstəxanaya gətiriliblər. R. Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib. S. Orucovu isə həkimlər əməliyyat ediblər.
Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Tahirov tutulub.
E. Tahirov hadisəni münaqişə zəminində törətdiyini deyib.
Mediainfo.az
Digər xəbərlər