
4-cü mkr ərazisində avtoqəza baş verib
Səhər saatlarında Bakının 4-cü mikrorayon ərazisində avtomobil qəzası baş verib. Belə ki, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsü yolun boşluğundan istifadə etmək qərarına gəlib. Lakin nəticədə "Kamaz"la toqquşub. Hadisə yerinə polis və təcili tibbi yardım çağırılıb. "Mercedes"in sürücüsü al qan içində maşından çıxarılıb və ona ilki tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Hazırladı: Könül Aypara
Foto Ümidə Həsənliyə aiddir.
Digər xəbərlər