Quldur dəstə zərərsizləşdirildi

Quldur dəstə zərərsizləşdirildi

6 Aprel 2015 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda iki nəfərə qarşı quldurluq edilib. Bu barədə Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, 21-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səbuhi Əsədov, Cəfər Fərzəliyev və əvvəllər məhkum olunmuş Kənan Hüseynov tutulublar.

Onlar aprelin 3-də Elnarə Müstafayevaya və Elvin Hüseynova qarşı quldurluq etməkdə təqsirli bilinirlər.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az