113 saylı avtobus piyadanı vurub öldürüb

113 saylı avtobus piyadanı vurub öldürüb

6 Aprel 2015 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 22.00 radələrində Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi "Daewoo" markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az