
Göygöldə ağır yol qəzası: ölən və yaralananlar var
Göygölün Samux rayonunun Alabaşlı - Qarayeri avtomobil yolunun Göygöl rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Belə ki, Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Kəmaləddin Ənvər oğlu Qafarov idarə etdiyi "QAZel" markalı mikroavtobusu aşırıb. Nəticədə maşında olan sərnişin, Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Səfər Cəfər oğlu Tağıyev hadisə yerində ölüb.
Şəmkir rayonunun Könüllü kənd sakinləri, 1964-cü il təvəllüdlü Gülbəsti Məhəmməd qızı Tanrıverdiyeva və 1968-ci il təvəllüdlü Bahar İsa qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər