
Dünən üç nəfər elektrik cərəyanı vurması nəticəsində vəfat edib
Azərbaycanda üç nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Məlumata görə, aprelin 1-də Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Neftçala rayonunun Qaçaqkənd kəndində isə Lənkəran rayon sakini Zöhrab Cəfərov elektrik cərəyanı vurması nəticəsində ölüblər. Araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər