
Cinayətkara hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən Samur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məlumata görə prosesdə hökm oxunub. Hökmə əsasən, S.Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsi ərazisində S. Həsənov Fərid Həsənova odlu silahla atəş açıb, qardaşı Şəhriyara isə bıçaqla xəsarət yetirib. F.Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş S.Həsənov tutulub.
Məlumata görə, aralarında mübahisə baş vermiş şəxslər idmançı olublar və eyni idman zalında məşq ediblər.
Mediainfo.az
Digər xəbərlər