Bakıda iki nəfər bıçaqlandı

Bakıda iki nəfər bıçaqlandı

1 Aprel 2015 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda iki nəfər bıçaqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə müxtəlif ərazilərdə baş verib.

Binəqədi rayonunda qanlı hadisəni törədən şəxs saxlanılıb. Əməliyyat Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Sakit Kərimova bıçaqla xəsarəti yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini, əvvəllər məhkum olunan Hüseyn Quliyev tutulub.

Daha bir bıçaqlanma hadisəsi də Nərimanov rayonunda baş verib. Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Zalova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini Ümüd Sultanov tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mediainfo.az