
Dəhşət: ana 3 günlük körpəsini öldürdü
Bakının Səbail rayonunda dəhşətli hadisə baş verib. Bu barədə Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayonun 20-ci sahəsində zibil qutusunda körpə uşaq meyitinin tapılması barədə 8-ci polis bölməsinə məlumat daxil olub. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Araşdırmalar zamanı uşağın 20-ci sahə, Arif İsmayılov küçəsində kirayə evlərdən birində yaşayan Gülnarə Əzizovaya məxsus olması üzə çıxıb. Gülnarə Əzizova polis əməkdaşları tərəfindən bölməyə dəvət olunub.
Müəyyən edilib ki, Gülnarə Əzizova yeni dünyaya gətirdiyi uşağı boğub və daha sonra onun meyitini zibil qutusuna atıb. Gülnarə Əzizovanın barəsində toplanmış materiallar Səbail Rayon Prokurorluğuna göndərilib.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az