
Özünü 9-cu mərtəbədən atan qadının kimliyi bəlli olub
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün intihar edən şəxsin Ağdam rayonundan məcburi köçkün olan və Hövsan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Gülnaz Adil qızı Bəkirova olduğu məlum olub.
Qeyd edək ki, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.
İntiharın səbəbləri araşdırılır.
Mediainfo.az
Digər xəbərlər