Jurnalist narkotiklə yaxalanıb

Jurnalist narkotiklə yaxalanıb

31 Mart 2015 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda "Detektiv press" qəzetinin şöbə müdiri narkotiklə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.

S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov tutulublar. İlkin araşdırmalarla Səbuhi Ağalarovun "Detektiv press" qəzetinin şöbə müdiri olduğu müəyyən edilib.

Mediainfo.az