
Gəncədə bu gecə qətl hadisəsi baş verib
Bu gecə saat 01 radələrində Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Məmmədova Lamiyə Fazil qızının yaşadığı evdə odlu silahla qətlə yetirilib. Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1974-ci il təvəllüdlü Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, M.Məmmədov arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açıb. Faktla bağlı araşdırm aparılır.
Mediainfo.az
Digər xəbərlər