İki yerdə yanğın söndürülüb

İki yerdə yanğın söndürülüb

30 Mart 2015 01:13
Bəyəndim (0) Bəyənmədim (0)

Şabran rayonu, Şabran kəndində ümumi sahəsi 600 kv.m olan quşyetişdirmə sexinin içərisində taxta yonqarı 20 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Sumqayıt şəhərində isə beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsı 16 kv.m olan 1 otaqlı mənzilin hamamında lambirdən ibarət tavanı 1 kv.m sahəsı və 1 ədəd suqızdırıcısı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mediainfo.az