Gəncədə özünü atan qızın atası prokuror imiş

Gəncədə özünü atan qızın atası prokuror imiş

29 Mart 2015 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Belə ki, "Mahrasa bağı" adlanan ərazidə özünü çoxmərtəbəli binadan ataraq intihar edən Fəridə Məmmədova Goranboy rayonunun prokuroru Fuad Məmmədovun qızıdır. 11-ci sinifdə oxuyan qız özünü 13-cü mərtəbədən ataraq öldürüb.

Qeyd edək ki, F.Məmmədovanın ayağının sürüşərək 13-cü mərtəbənin pəncərəsindən yıxılması ehtimalı da var. Araşdırmalar davam etdirilir.

Mediainfo.az