Aygün Kazımovanın qardaşının şikayəti təmin edilməyib

Aygün Kazımovanın qardaşının şikayəti təmin edilməyib

13 Mart 2015 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində Kazım Kazımzadə və digərlərinin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kazım Kazımzadə 12 il, Yaqub Kiyasov 10 il, Olqa Polkova 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Kazım Kazımzadə həbs olunandan sonra "Əsgəroğlu-K" MMC-nin əmlakının "ANT" tikinti şirkətinə keçirilməsini nəzərə alaraq zərərçəkmişlərə dəymiş ziyanın həmin şirkətdən tutulması barədə qərar qəbul edib.

Xatırladaq ki, Kazım Kazımov Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşıdır.

Mediainfo.az