
Qadını öldürüb, sonra da yandıran şəxsə 18 il 6 ay həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə S. Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyulun 26-da Məlahət Rəsulova adlı qadının yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüldükdən sonra evdə onun meyiti aşkar edilib.
Araşdırmalar zamanı qadının boğularaq öldürüldüyü və yandırıldığı məlum olub. Hadisəni törətməkdə təqsirləndirilən S. Babayev tutulub.
Mediainfo.az
Digər xəbərlər