Avtomobil oğruları yaxalandı

Avtomobil oğruları yaxalandı

12 Mart 2015 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 11-də, gecə saatlarında Gəncə şəhər sakini Namiq Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Bu barədə Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, avtomobil həmin gün saat 04 radələrində Sevinc qəsəbəsinin ərazisində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəni törətmiş Gəncə şəhər sakinləri Taleh Kazımov və əvvəllər məhkum olunmuş Elcan Zülfüqarov tutulublar.

Mediainfo.az