14 yaşlı qız zorlandığı haqda polisə ərizə yazıb

14 yaşlı qız zorlandığı haqda polisə ərizə yazıb

12 Mart 2015 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü K.İ bu ilin yanvar ayında zorlandığı haqda martın 5-də Polis İdarəsinə müraciət edib. O, ifadəsində onu zorlayan şəxsi tanıdığını bildirib və adını açıqlayıb. Aparılan əməliyyat tədbirləri nəticəsində 14 yaşlı qızı zorlamaqda ittiham olunan Abşeron rayon sakini 1986-cı il təvəllüdlü İ.M saxlanılıb.

Nəsimi rayon Polis İdarəsindən bildirilib ki, həmin şəxs ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Araşdırma aparılır.

Mediainfo.az