Balakəndə 22 yaşlı gənci bıçaqlayıblar

Balakəndə 22 yaşlı gənci bıçaqlayıblar

6 Mart 2015 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən saat 23:30 radələrində Balakən rayonunun Kortala kənd sakini, 1993-cü il təvəllüdlü Tural İkram oğlu Şibriyev döş qəfəsinin sol yarısının kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. 22 yaşlı Tural Şibriyevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə rayonun Kortala kəndi yaxınlığındakı meşə zolağında baş verib. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, T. Şibriyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması araşdırılır.

Mediainfo.az