
Bıçaqlanan şairin vəziyyəti ağırdır!
Şair Mübariz Məsimoğlu ilə birlikdə bıçaqlanan şəxsin adı məlum olub. 3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, bu, 55 yaşlı Cavanşir Əkbər oğlu Kazımovdur.
Faktla bağlı hələlik saxlanılan yoxdur. Cinayəti törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, bu gecə "Qara Qarayev" metrostansiyası yaxınlığında şair Mübariz Məsimoğlu və əmisi oğlu şadlıq evlərindən birinin qarşısında bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, beş bıçaq yarası alan Mübariz Məsimoğlu əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Əmisi oğlu isə bir bıçaq yarası ilə xəstəxanaya daxil olub.
Mediainfo.az