Çelyabinskdə azərbaycanlı avtoritet yaxalanıb - Foto
Rusiyada azərbaycanlı kriminal avtoritet yaxalanıb.
Apa-nın Rusiya bürosunun məlumatına görə, azərbaycanlı kriminal avtoritet İlham Osmanov martın 3-də saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyinin Çelyabinsk vilayəti üzə Baş İdarəsinin yaydığı məlumatda azərbaycanlı kriminal avtoritetin dələduzluq yolu ilə 11 milyon rus rublunu mənimsədiyi bildirilir.
Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, fevralın 13-də Çelyabinsk şəhərində yerləşən "Engels" kafesində üç nəfər şəxs iş adamından 11,2 milyon rubl pul və "Volksfagen" markalı avtomobilinin sənədlərini güc tətbiq edərək hədə-qorxu ilə tələb edib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü bir yerli sakin və 1978-ci il təvəllüdlü İlham Osmanov saxlanılıb. Əməliyyat zamanı onların üzərindən səsboğucusu olan tapança, 5 ədəd patron götürülüb. Cinayəti törətməkdə şübhəli bilinən üçüncü şəxsin axtarışları isə davam etdirilir.
Rusiya mətbuatının yazdığına görə, 37 yaşlı İlham Osmanov Cənubi Ural regionunda əsas kriminal avtoritet kimi tanınır.
Mediainfo.az















































.jpg)
.jpg)
.jpg)












































