
SON DƏQİQƏ!!! Türkiyədə tükləri ürpədən daha bir cinayət!
Mediainfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağrı şəhərində üç gündür itkin düşmüş 28 yaşlı gənc Fərhad Tanrıkulu ölü tapıldı! Onun cansız bədəni boş bir evdə qazılmış çuxurdakı tabutdan tapılıb.
Qey edək ki, bu barədə polisə zəng edərək, xəbər verilib. 155 polisin cəlb edildiyi əməliyyat zamanı məlum olub ki, bu mənzil artıq iki ildir ki, boş imiş. 2 uşaq atası olan F.Tanrıkulu üç gündür itkin düşüb. Ailə üzvləri onun tapılmasından ötrü polisə müraciət edib.
Toy-büsatlarda musiqi aləti ifa edən gəncin meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib. İlkin versiyaya görə, Fərhad diri-diri tabuta yerləşdirilib. Əgər belə olmasaydı, tabutun üzərində ağır daş qoyulmazdı. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi istiqamətində araşdırmalar gedir.
Mediainfo.az