"Azəriqaz"ın işçisi 12 il 6 ay azadlıqdan məhrum edildi

"Azəriqaz"ın işçisi 12 il 6 ay azadlıqdan məhrum edildi

24 Fevral 2015 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində kürəkənini öldürməkdə təqsirləndirilən Elçin Lazımovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə E. Lazımovun cəzası 14 ildən 12 il 6 aya endirilib.

Qeyd edək ki, Bakı şəhər sakini Elçin Lazımov Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Rəvan Əliyevi öldürülüb. Qətlə yetirilənin bədənində 57-yə yaxın bıçaq yarası aşkar edilib. Məlumata görə, Elçin Lazımov "Azəriqaz"ın əməkdaşı olub. Onun qızı ilə bir ildir ailəli olan Rəvanla həyat yoldaşı arasında münaqişə olub. Bundan qəzəblənən E. Lazımov R. Əliyev bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Lazımov 14 il müddətə azadlıqdan məhrum edilib.

Mediainfo.az