Göygöldə qoca kişi tüfənglə özünü öldürüb

Göygöldə qoca kişi tüfənglə özünü öldürüb

29 İyun 2011 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Göygöl Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün Göygöl rayonunun Toğana kəndində intihar hadisəsi qeydə alınıb. Toğana kənd sakini, 1932 il təvəllüdlü Verdiyev Hüseynqulu Əbülfət oğlu 16 mm kalibrli ov tüfəngi ilə ürək nahiyəsindən atəş açaraq özünü öldürüb. İntiharın səbəbləri məlum deyil. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Göygöldən qara xəbər.

Tofiq Əliyev

O.M.