Qardaşının qaynatası tərəfindən zorlanan qız polisə müraciət edib

Qardaşının qaynatası tərəfindən zorlanan qız polisə müraciət edib

19 Fevral 2015 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

"Qafqazinfo"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən 17 yaşlı qız Polis İdarəsinə müraciət edərək zorlandığını bildirib.

Təcavüzə məruz qaldığını iddia edən qız hadisənin ötən ilin may ayında olduğunu deyib. Ələt qəsəbəsi Füzuli küçəsində yaşayan 1997-ci il təvəllüdlü F.M ərizə ilə müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında yaşadığı evdə tanıdığı Əlifağa adlı şəxs onu zorlayaraq cinsi əlaqədə olub.

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Əlifağa adlı şəxs qızın qardaşının qayınatasıdır. Araşdırma aparılır.

Mediainfo.az