Azərbaycanda 16 fevralın kriminal xronikası

Azərbaycanda 16 fevralın kriminal xronikası

17 Fevral 2015 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 73 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 73 cinayət faktı qeydə alınmış, onların da 39-u "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 47 nəfər tutulmuşdur.

Bakı şəhər sakini R.Mustafayev münaqişə zəminində Türkan Hüseynli və onun qardaşı Elvinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir

16.02.2015
Fevralın 16-da Səbail rayonunun Bibiheybət qəsəbəsində yaşayan Türkan Hüseynlinin evinə gəlmiş tanışı, Bakı şəhər sakini Rasim Mustafayev münaqişə zəminində ona və onun qardaşı Elvinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş Elvin orada ölmüşdür.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Masazır qəsəbəsində yerləşən "Romi" otelində keçmiş arvadına bıçaqla xəsarət yetirmiş Biləcəri qəsəbə sakini Z.İsmayılov tutulmuşdur

16.02.2015
Fevralın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" otelində Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş arvadı Vəfa Abdullayevaya bıçaqla xəsarət yetirmiş və V.Abdullayeva hadisə yerində ölmüşdür.

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.İsmayılov tutulmuşdur.

Səbail rayonunun Neftçilər prospektində yol-nəqliyyat hadisəsi

16.02.2015
Fevralın 16-da saat 02 radələrində Səbail rayonunun Neftçilər prospektində Salyan rayon sakini Habil Məmmədovun idarə etdiyi "Fiat" və Bakı şəhər sakini Akif Aydəmirovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşmuş, nəticədə H.Məmmədov hadisə yerində ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Zaqatala rayonu ərazisində "VAZ" markalı avtomobillər toqquşmuşdur

16.02.2015
Fevralın 7-də Zaqatala rayonu ərazisində rayon sakinləri Əhməd Əliyevin və Rəşid Muradovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşmuşdur. Ə.Əliyevin sərnişini Xanımzər Rəhimova xəstəxanaya yerləşdirilmiş və fevralın 16-da orada ölmüşdür.

BDYPİ tərəfindən araşdırma aparılır.

Samux rayon sakini A.Cəlilov zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir

16.02.2015
Fevralın 16-da Gəncə şəhərindən Samux rayon sakini Ayət Cəlilov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

Araşdırmalar aparılır.

Paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində yol-nəqliyyat hadisəsi

16.02.2015
Fevralın 15-də paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində Cəlilabad rayon sakini Rəşad Məmmədovun idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Arzuman Həsənzadənin idarə etdiyi "VAZ-21099" markalı avtomobillər toqquşmuşdur. A.Həsənzadənin sərnişinləri Tavat Kərimova və Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilmiş, T.Kərimova fevralın 16-da orada ölmüşdür.

Araşdırma aparılır.

Paytaxtın Nizami rayonu ərazisində yaşayan L.Bayramova ehtiyatsızlığı nəticəsində eyvandan yıxılmışdır

16.02.2015
Fevralın 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Lalə Bayramova mənzilinin eyvanında (4-cü mərtəbə) paltar asan zaman ehtiyatsızlığı nəticəsində yıxılmış və o, xəstəxanaya yerləşdirilmişdir.

Yasamal rayonunun S.Rəhimov küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini X.Əliyev vurulmuşdur

16.02.2015
Fevralın 16-da saat 03 radələrində Yasamal rayonunun S.Rəhimov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Xoşbəxt Əliyev vurulmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi

16.02.2015
Fevralın 16-da saat 16 radələrində Xırdalan şəhərində Saray qəsəbə sakini Səməd Tağıyev idarə etdiyi "AzSamand" markalı avtomobili yolun kənarında dayanmış Goranboy rayon sakini Müşfiq Məmmədovun idarə etdiyi "BMC" markalı avtomobilə vurmuşdur. S.Tağıyev və sərnişinlərindən həmyerlisi Cavid Əliyev hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.

BDYPİ tərəfindən araşdırma aparılır.

Bir qrup Ağcabədi rayon sakininin "Azər-mühafizə" MMC-nin rayon filialının rəisi M.Səfərovun barəsində etdiyi şikayət əsasında araşdırma aparılır

16.02.2015
Fevralın 16-da Ağcabədi rayon sakinləri Nadir Cəfərov, Fikrət Əliyev, Emin Rzayev, Mirza İbrahimov və Vasif Quliyev RPŞ-yə müraciət edərək 2014-cü ildə "Azər-mühafizə" MMC-nin Ağcabədi rayon filialının rəisi Malik Səfərov tərəfindən aldadılıb ümumilikdə 12900 manat pullarının alınmasını bildirmişlər.

Araşdırmalar aparılır.

Dələduzluq etdiyinə görə tutulmuş V.Baxşıyevin 37 nəfər Lənkəran rayon sakinindən külli məbləğdə pul alması da müəyyən edilmişdir

16.02.2015
Ötən il sentyabrın 19-da dələduzluq etdiyinə görə tutulmuş Vüqar Baxşıyevin ətrafında Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü və 2014-cü illər ərzində 37 nəfər Lənkəran rayon sakininin etimadlarını qazanaraq onlardan ümimilkdə 197.904 manat alması da müəyyən edilmişdir.

Fevralın 9-da N.Mustafayevin evindən oğurluq etmiş şəxslər tutulmuşlar

16.02.2015
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Nazim Mustafayevin evindən 80 manat, qızıl və bəzək əşyaları oğurlamış Bakı şəhər sakinləri Vüsal Yusifov və əvvəllər məhkum olunmuş Rövşən Qocayev tutulmuşlar.

Fevralın 15-də tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir

16.02.2015
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Mirqasımov küçəsi ev 7-nin qarşısında tapılmış meyitin Biləsuvar rayon sakini Əlifağa Quliyev olması müəyyən edilmişdir.

Fevralın 14-də F.Abbaszadəyə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini C.İbrahimov tutulmuşdur

16.02.2015
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Fariz Abbaszadəyə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Cabir İbrahimov tutulmuşdur.

Bakı şəhər sakini İ.Qənbərovanın qadınları cinsi istismara məruz qoyması müəyyən edilmişdir

16.02.2015
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İradə Qənbərovanın Özbəkistan vətəndaşları olan qadınları Bakı şəhərinə gətirib cinsi istismara məruz qoyması müəyyən edilmişdir.

Araşdırma aparılır.

Mediainfo.az