Gəncədə övladını itirmiş ata özünü binadan atmaq istədi
Gəncədə 41 yaşlı kişi intihara cəhd edib. Apa-nın məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində şəhərin Heydər Əliyev prospektində 8 mərtəbəli binada baş verib. Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Samir İdris oğlu Mehdiyev binanın 8-ci mərtəbəsinə çıxaraq özünü yerə atmaq istəyib. Hadisə yerinə FHN-in xilasediciləri və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Aparılan danışıqlar sayəsində S.Mehdiyevi fikrindən yayındırmaq mümkün olub və o binanın damından yerə salınıb.
Məlumata görə, dünən S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o, buna dözməyərək intihara cəhd edib.
Mediainfo.az
Digər xəbərlər