Bağçada məskunlaşmış vətəndaşın evi yandı
Dünən axşam saatlarında bağçada məskunlaşmış vətəndaşın evi yanıb. Fövqəlad Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda hal-hazırda fəaliyyət göstərməyən uşaq bağçasının binasında məskunlaşmış vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunublar. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər