Bakıda kafelərdən birində silahlı insident: bir nəfər güllələnib

Bakıda kafelərdən birində silahlı insident: bir nəfər güllələnib

29 İyun 2011 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda silahlı insident baş verib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Bu gün səhər saatlarında 1-ci mikrorayon, 20 Yanvar küçəsində yerləşən "Arzular" kafesində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Ələkbərov döş qəfəsindən güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Hadisə yeri müayinə olunub, ərazidən bir neçə giliz götürülüb. Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini, 1983-ü il təvəllüdlü İlqar Əbdürrəhmanov tərəfindən törədildiyi məlum olub. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Polisdən, həmçinin bildirilib ki, hadisəni törədən İ. Əbdürrəhmanov Bakıdakı hərbi şəhərciklərdən birində yaşayır. Məhz buna görə də onun hərbçi olduğu ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, hadisənin motivi araşdırılır.

"Arzular" kafesində arzuolunmaz hadisə baş verib.

Tofiq Əliyev

O.M.