58 yaşlı Bakı sakini evində ölü tapıldı

58 yaşlı Bakı sakini evində ölü tapıldı

11 Fevral 2015 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayış evində 58 yaşlı kişinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Osmanov Məhəmməd Eldar oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı M. Osmanovun vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 09:23-də başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az