“Abşeron” kafesindəki atışmada ölənlərin sayı 2-yə çatıb

“Abşeron” kafesindəki atışmada ölənlərin sayı 2-yə çatıb

10 Fevral 2015 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında azərbaycanlılara məxsus "Abşeron" kafesində mübahisə və atışma nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Apa -nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Parkovaya-15 küçəsində yerləşən "Abşeron" kafesində fevralın 10-na keçən gecə bir qrup müştəri kafedə dava-dalaş salıb. Mübahisə zamanı odlu silahdan istifadə olunub. Bir nəfər hadisə yerində ölüb, iki nəfər yaralı isə xəstəxanaya çatdırılıb. Başından güllə yarası alan yaralılardan biri xəstəxanada keçinib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "iki və daha çox şəxsi qəsdən öldürmə" və "qanunsuz silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Ölənlərin və yaralının adları hələlik açıqlanmayıb

Mediainfo.az