Bakıda gecə saatlarında intiharın qarşısı alındı

Bakıda gecə saatlarında intiharın qarşısı alındı

10 Fevral 2015 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında paytaxta intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 01:37-də başa çatıb.

Mediainfo.az