
Bakıda yataqxanada kütləvi yanğının qarşısı alındı
Bakıda yanğının qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli kommunal tipli yaşayış binasının (yataqxana) dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər