
28 yaşlı Bakı sakini 4 kq narkotik vasitə ilə ələ keçdi
Bakıda 4 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Ələşrəf Sultanovdan 196,780 qram, onun idarə etdiyi "VAZ-2107" markalı avtomobildən 844,906 qram tiryək (ümümi çəkisi 1 kiloqram 041,686 qram tiryək) və 3 kiloqram 0,70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər