Sabiq polisin qatilinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Vüqar Yunisovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, V. Yunisov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mayın 6-da 1951-ci il təvəllüdlü Əhmədov Vahid Cəbrayıl oğlunu Yasamal rayonunda kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı istintaq-əməliyyat qrupu yaradılıb. Cinayəti törətmiş şəxsin, hadisənin şahidlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1997-ci il təvəllüdlü Yunusov Vüqar Rəşid oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.
Onu da qeyd edək ki, V. Əhmədov sabiq polis əməkdaşı olub.
Mediainfo.az