Bakı sakinini bıçaqla hədələyərək pul tələb etmiş şəxs tutulub

Bakı sakinini bıçaqla hədələyərək pul tələb etmiş şəxs tutulub

28 İyun 2011 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 27-də saat 02.30 radələrində Gəncə şəhərinin Nizami küçəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Mustafayev Bakı şəhər sakini Rövşən Həşimovu bıçaqla hədələyərək pul verməsini tələb edib. Nizami (Gəncə) RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Mustafayev tutulub. Faktla bağlı cinayəti işi açılıb.

Asan yolla pul qazanmaq istəyirdi, daha da çətinə düşdü.

Tofiq Əliyev

O.M.