Permyakov azad ediləcək?

Permyakov azad ediləcək?

30 Yanvar 2015 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gümrüdə Avetisyan ailəsinin qətlə yetirilməsi faktı üzrə Ermənistanın İstintaq Komitəsi tərəfindən qaldırılan cinayət işi araşdırılsa da, hələ bu günədək ittiham edilən Valeri Permyakov barəsində məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertiza təyin edilməyib.

ANS-in məlumatına görə, Ermənistan mətbuatı yazır ki, bu barədə İstintaq Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Premyakov barəsində ittihamlar üzrə əlavə hansı ehtiyat tədbirləri seçilib" sorğusuna komitədən belə cavab gəlib: "Əlbəttə, Ermənistanın Prosessual Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, ehtiyat tədbirləri məcburidir və şübhələnilən, yaxud ittiham edilən barəsində tətbiq olunur. Bu, cinayət işi üzrə istintaqın gedişatında, həmçinin hökmün icrasının təmin olunması zamanı onların lazımsız davranışlarının qarşısının alınması məqsədi ilə edilir.

Ölkə mətbuatı isə Valeri Permyakov barəsində məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertizanın indiyədək təyin edilməməsinin, bunun müxtəlif bəhanələrlə yubadılmasının məqsədli şəkildə olunduğunu yazıb. Görünür, Ermənistanın indiki hakimiyyəti rus hərbçsini ciddi cəzadan yayındırmaqla Rusiyanın xoşuna gəlməyə çalışır. Sakinlər isə etiraz aksiyalarının davam edəcəyini bildiriblər.

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində yeddi nəfərlik ailəni öldürüb.

Mediainfo.az