Başqırdıstanda azərbaycanlı döyülərək öldürülüb - FOTO

Başqırdıstanda azərbaycanlı döyülərək öldürülüb - FOTO

30 Yanvar 2015 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində sürücünün döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoçarx səs-küyə səbəb olub. APA "proUFU.ru" saytına istinadən verdiyi xəbərə görə, Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb və döyülən şəxsin azərbaycanlı olduğunu bildirib.

Açıqlamada deyilir ki, "Lada Priora" markalı avtomobilin azərbaycanlı sürücüsü yolda baş verən münaqişə zamanı yan şüşəsinin sındırılması ilə əlaqədar polisə müraciət edib: "Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə şəraiti dəqiqləşdirilir".

Qeyd edək ki, hadisə "Korso" bazarı yaxınlığında Sipaylovo rayonunda baş verib.

Mediainfo.az