Teleaparıcı İlham Mirzəyevin şikayəti təmin edilməyib

Teleaparıcı İlham Mirzəyevin şikayəti təmin edilməyib

30 Yanvar 2015 12:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyevin kassasiya şikayətinə baxılıb. Prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ. Mirzəyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən şəxsin vəkilləri çıxış edərək işə xitam verilməsi barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Bunun üçün vəkillər həmin iclasın qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Mediainfo.az