Qadınlara qənim kəsilən “kişilər”

Qadınlara qənim kəsilən “kişilər”

29 Yanvar 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rakif Hüseynovdan 0,217 qram heroin götürülüb. Daha sonra R.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Xannənə Ağayevaya, Sevda Məlikovaya, Nərgiz Mərdənovaya, Sura Lütvəliyevaya, Aygün Aslanovaya və Əfsanə Əliməmmədovaya məxsus pul, mobil telefon və sənədləri oğurlaması da müəyyən edilib.

Bundan əlavə Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əhmədovdan 1,775 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ləman Şamxallıya, Hülya Əlizadəyə, Gülnarə Quliyevaya, Sitarə Əliyevaya, Vəsilə Lavkuyevaya, Jalə Mövlanovaya, Günay Mövsümavaya, Cavid Mahmudova, Vəfa Abdullayevaya, Abdulla Abdullayevə və Esmira Xəlilovaya məxsus pul, məişət əşyaları və sənədləri oğurlaması da müəyyən edilib.

Nəsimi RPİ əməkdaşları isə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Novruzov şübhəli şəxs qismində saxlayıblar. Onun üzərinə baxış zamanı 1,09 qram heroin, 119 manat pul, habelə Agsu rayon sakini Yazgül Babayevaya və Sumqayıt şəhər sakini Fidan Qasımovaya məxsus şəxsiyyət vəsiqələri, tələbə bileti və bankomat kartları aşkar edilərək götürülüb.

Ötən il dekabrın 10-da oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaqif Rüstəmovun ətrafında Nərimanov RPİ əməkdaşları əməliyyat aparıblar. Əməliyyat nəticəsində məlum olub ki, V.Rüstəmov ötən ilin iyul-avqust-sentyabr ayları ərzində Saleh Sahabovun, Ayşən Abbasovanın, Samirə Nəsirovanın, Zinət Hüseynovanın, İradə Paşayevanın, Natəvan Ələsgərovanın, Ədilə İbrahimovanın evlərindən pul, sənədlər, qızıl və məişət əşyaları oğurlayıb.

Mediainfo.az